I GÜN (23 aprel): Konfransın ilk günü ümumilikdə 10 seminar keçiriləcək. Səhər və günorta saatlarında autizmin müxtəlif aspektlərinə həsr edilmiş 5 paralel seminar xarici mütəxəssislər tərəfindən aparılacaq.
II GÜN (24 aprel): Konfransın ikinci günü səhər saatlarında rəsmi açılış mərasimi olacaq. Daha sonra beynəlxalq ekspertlər tərəfindən autizmlə əlaqəli müxtəlif mövzulara həsr edilmiş müfəssəl təqdimat-çıxışlar olacaq, daha sonda poster təqdimatları olacaq. Poster təqdimatları haqqında ətraflı məlumat saytın müvafiq bölməsində verilib. Konfransdan sonra dəvətli qonaqlar üçün qala gecəsi keçiriləcək.
III GÜN (25 aprel): Konfransın üçüncü günü də beynəlxalq və yerli ekspertlərin təqdimatında çıxışlar olacaq.