23-25 aprel 2025-ci il tarixdə “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Beynəlxalq Autizm Konfransı” çərçivəsində poster təqdimatı üçün müraciətlər açıq elan edilir.
Konfransın məqsədi mötəbər beynəlxaq mütəxəssislərin təqdimatında autizm haqqında müasir elmi araşdırmalar və effektiv müdaxilə metodları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdıqmaq, həmçinin autizm haqqında maarifləndirmə aparmaqdır.
Poster təqdimatları konfransın ikinci günü – 24 apredə saat 16:50-17:30-da baş tutacaq. Posterlər aşağıda ətraflı təsvir edilmiş təlimat əsasında hazırlanmalıdır. Posterlər konfransın Elm Komtəsi tərəfindən nəzərdən keçiriləcək və yanlız tələblərə cavab verən posterlər təqdimata buraxılacaq.
Posterlərin hazırlanma qaydası
Posterin adı: Ad maksimum 12 sözdən ibarət olmalıdır.
Posterin mövzusu: Posterlər aşağıdakı mövzulara həsr edilə bilər:
- Autizmin xüsusiyyətləri
- Autizmin diaqnozu və qiymətləndirmə
- Genetika və ətraf mühitin təsiri
- Autizmin tibbi aspektləri
- Elmi əsaslı müdaxilə metodları
- Erkən müdaxilə proqramları
- Məktəb və inklüziv təhsil
- Yeniyetməlik və yetkinlikdə autizm
- Autizmli şəxslər üçün mənzil və məşğulluq məsələləri
- Autizmli şəxslərin icmaya inteqrasiyası
- Ailə və qəyyumlar
- Autizmlə bağlı hüquq və qanun məsələləri
- Digər inkişaf ləngimələri
Posterin növü: İki növ poster təqdim etmək mümkündür: tədqiqat posterləri və təcrübə posterləri. Kəmiyyət (təsviri, korrelyasiya, qrup/tək subyektli eksperimentlər və s.) və ya keyfiyyət yanaşmasına uyğun tərtib edilmiş məlumat (data) əsaslı tədqiqat işi tədqiqat posteri kimi təqdim edilə bilər. Təcrübə posterləri isə müdaxilə və ya təhsil, proqramı, autizmli şəxslərə xidmət və s. məsələləri əhatə edən posterlər ola bilər.
Xülasə: Xülasə 150-200 söz ibarət olmalıdır. Zərurət yaranarsa, xülasədə ən çox 5 mənbəyə istinad göstərilə bilər. Həmin istinadlar sonda ədəbiyyat siyahısına əlavə edilməlidir.
Müəllif/müəlliflərin adları və vəzifələri: Posterdə müəlliflərin ad və soyadları, işlədiyi qurumlar və vəzifələr göstərilməlidir. Əsas müəllifin adı ilk qeyd olunmalıdır.
Əlaqədar şəxsin e-poçt ünvanı: Əlaqədar şəxs posterin təqdim edilməsinə məsul olan müəllifdir. Həmin müəllif tələb olunan qaydada posteri aidiyyəti üzrə təqdim edir və özünü də həmmüəllif olduğunu qeyd edir.
Hazırlanmış posterlər 1 mart 2025-ci il tarixinədək konfrans@birgesaglam.az. elektron poçt ünvanına göndərilməlidir. Mövzu hissəsində “poster təqdimatı” yazılmalıdır.
Posterlərin qəbul/imtina olunması haqqında məlumat 10 mart 2025-ci il tarixinədək müəlliflərə bildiriləcək.
Qəbul edilmiş posterin konfrans proqramına daxil edilməsi üçün müəllif və ya müəlliflərdən ən azı biri konfransa qeydiyyatdan keçməlidir.
Konfrans və ya poster təqdimatı barədə suallarınız olarsa, konfrans@birgesaglam.az. vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Poster təqdimatı ilə əlaqəli önəmli tarixlər:
Posterlən təqdim edilməsi üçün son tarix: 1 mart 2025-ci il
Posterlən qəbulu/imtinası haqqında bildirişlərin son tarixi: 10 mart 2025-ci il
Konfransa qeydiyyat üçün son tarix: 7 aprel 2015-ci il