Dr. Michael M. Mueller

Personal Information

Skill

Michael M. Mueller (PhD, BCBA-D, ABB) “Southern Behavioral Group” və “Stimulus Publications” şirkətlərinin həmtəsisçisi, Funksional Həyati Bacaqların Qiymətləndirilməsi kitabının müəllifidir. O, həmçinin Beynəlxalq Davranış Təhlili Təşkilatının (IBAO) həmtəsisçisidir.

 

Mike Tətbiqi Davranış Analizini ev şəraitində, məktəbdə, dövlət müəssisələrində və klinikalarda uşaqlara, yeniyetmələrə, böyüklərə tətbiq edib. O, 150-dən çox milli və beynəlxalq konfranslarda təqdimatla çıxış edib. Onun tədqiqatları valideyn və müəllim hazırlığı, məktəbdə funksional analiz, uşaqlarda qidalanma pozuntusu, müxtəlif yaş qruplarında funksional bacarıqlar, məktəbdə ağır problem davranışların azaldılması və s. mövzuları əhatə edir.

Dr. Muellerin 20-dən çox nəşr olunmuş tədqiqat işi var və 7 kitabın həmmüəllifidir. O, Funksional Yaşayış Bacarıqlarının Qiymətləndirilməsi, ABA Proqramlarının BÖYÜK Kitabı və Məktəblərə Davranış Təhlili Məsləhətləri daxil olmaqla 10 kitabın müəllifidir.

O, redaksiya şurasında çalışmış, bir çox nüfuzlu ABA və məktəb psixologiya jurnallarının məqalələrini nəzərdən keçirmiş və nəşr etmişdir. Dr. Mueller Davranış Təhlili üzrə Corciya Assosiasiyasının keçmiş prezidenti və Milli Məktəb Psixoloqları Assosiasiyasının Davranış Məktəbi Psixologiyası Maraq Qrupunun keçmiş sədridir.

 

Hazırda onun fəaliyyəti ABA-nın kulturoloji və etik standartları və tətbiq yolları haqqında araşdırmaları əhatə edir.