Dr. Elif Tekin İftar

Personal Information

Skill

Elif Tekin İftar 1991-ci ildə Orta Doğu Texniki Universitetinin Təhsil Fakültəsi Rəhbərlik və Psixoloji Konsultasiya ixtisası üzrə bakalavr dərəcəsi, 1994-cü ildə isə magist təshilini başa vurub. O, 1999-cu ildə Anadolu Universitetində xüsusi təhsil üzrə doktorluq dərəcəsi alıb.

Tekin-İftar 2003-cü ildə Türkiyə Elmlər Akademiyasının Görkəmli Gənc Alimləri Təşviq Proqramı çərçivəsində Seçilmiş Gənc Alim Mükafatı və Təqaüdü qazanıb. 1991-1994-cü illərdə Milli Təhsil Nazirliyində rəhbər müəllim vəzifəsində çalışıb. 1994-cü ildə Anadolu Universiteti Əlillik Tədqiqat İnstitutunda elmi işçi kimi işə başlayıb.

2003-cü ildə xüsusi təhsil üzrə dosent, 2009-cu ildə professor elmi adını alıb. Tekin-İftar 2007-2014-cü illərdə Anadolu Universiteti Əlillik Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb. 2011-ci ildə Anadolu Universiteti Sosial Elmlər İnstitutunda Tətbiqi Davranış Analizi Departamentini qurub. 2014-cü ildə Beynəlxalq Davranış Analizi Dərnəyin tabeliyində Türkiyə Davranış Analizi Birliyini yaradıb. 2020-ci ildə Türkiyə Tətbiqi Davranış Analizi Dərnəyini qurub. O, hazırda hər üç qurumun sədri vəzifəsini icra edir. Evlidir, 2 övladı var.