Dr. Nigar Bayramova

Personal Information

Skill

1976-cı ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 54 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 1994-2000-cü illərdə Azərbaycan Tibb Universitetinin, Pediatriya fakultəsini fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə K.Y.Fərəcova ad. ETPİ-da həkim-interna vəzifəsində çalışmışdır. 2001-ci ildən ATU-nin I Uşaq xəstəlikləri kafedrasında çalışır. 2006-2007-cı illərdə Hacettepe Universiteti Tibb Fakultəsi İhsan Doğramaçı adına Uşaq Xəstəxanasında Uşaq Saglamlığı ve Xəstəlikləri Kafedrasında, Neonatologiya, RİT, Gastroenterologiya, Hepatologiya və Diyet Bölümlərində ixtisasartırma kurslarını keçmiş, Hacettepe Universiteti İnkişaf Pediatriyası Bölümündə – Bayley-3 və Denver-2 İnkişafı Qiymətləndirmə Testlərini öyrənərək  yetərlilik sertifikatını almışdır. 2014-cü ildə Türkiyədə “İlk beş yaşta uşaq sağlamlığı izlənməsi kursu”nu  keçmişdir. 2014-2015 illərdə  Harvard Universitetində İctimai Sağlamlıq Fakultəsində (Post Doc Research Fellow) təhsil almışdır. Bu müddətdə Qlobal Əqli Sağlamlıq/İnkişaf Problemləri Araşdırma Proqramı üzrə Harvard School of  Public Health, Harvard Universiteti, Boston Childrens Hospital, McLean Hospital-da kurslar, klinik vizitlər, seminarlarda iştirak etmiş, təhsilini uğurla başa vurmuşdur. 2015-ci ilin iyun ayında Koç Universitetində “Tibbdə tədqiqatların metodologiyası və etikası” adlı təlimdə iştirak etmişdir. Azərbaycanda süni mayalanma ilə doğulan uşaqların sağlamlıq vəziyyətinin multifaktorial üsulla qiymətləndirilməsi ” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

2016-2019-cu illərdə ATU-nin Rezidentura şöbəsində şöbə müdiri müavini, 2019-2021-ci illərdə illərdə Təhsilin Keyfiyyətinin təminatı və İnnovasiya şöbəsi şöbə müdiri vəzifəsində çalışmışdır.

Hazırda ATU-nin I Uşaq xəstəlikləri kafedrasında dosentdir. Dissertasiya Şurasının 3220.01 Pediatriya seminarının, ETPİ-nun Elmi Şurasının üzvüdür. “Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyinin istifadəsi”Mütəxəssislər üçün təlim kursunun təlimçisidir, ölkədə yüzlərlə pediatr, nevroloq və inkişaf sahəsi mütəxəssəsislərinə İDİR təlimləri vermişdir.

ATU-nin Tədris Terapevtik Klinikasında ambulator və stasionar xəstələrin qəbulu, Koreya Şərq Təbabəti klinikasının Pediatriya şöbəsində sağlam uşaq təqibi, uşaqlarda sinir-psixi inkişafın qiymətləndirilməsi, inkişaf geriliklərinin erkən aşkarlanması ilə məşğuldur.  Azərbaycan Tibb Assosiyasının idarə heyətinin  və Türkiyə Pediatriya Dərnəyinin üzvüdür, Azərbaycan Pediatriya Cəmiyyətinin idarə heyətinin, Beynəlxalq Pediatriya Assosiasiyasının Erkən Uşaq İnkişafı elmi komitəsinin üzvüdür. Turkish Archives of Pediatrics jurnalının redaksiya heyətinin üzvüdür. Azerbaijan Medical Association Journal –ın redaktor müavinidir. UNPSTR-Mərkəzi Asiya Birliyinin baş katibidir. Azərbaycan Pediatriya Cəmiyyətinin Elmi-tədris mərkəzinin elmi heyətinin üzvüdür. Uşaq inkişafına yardım etmək üçün nəzərdə tutulmuş “Xoş gəldin körpəm”  adlı kitabın və 45 elmi işin müəllifidir.