Dr. Joel E. Ringdahl Corciya Universitetinin (ABŞ) Kommunikasiya Elmləri və Xüsusi Təhsil Departamentində Xüsusi Təhsil üzrə Professor və Corciya Universitetinin Autizm və Davranış Təhsili Araşdırmaları Mərkəzinin (CABER) həmrəhbəridir. O, Luiziana Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib (1999) və Psixologiya üzrə Magistratura (1995) dərəcəsi, Florida Universitetində psixologiya üzrə bakalavr dərəcəsi (1992) alıb. Dr. Ringdahl lisenziyalı psixoloq və sertifikatlaşdırılmış davranış analistidir. Hazırda “Davranış Təhlili: Tədqiqat və Təcrübə” jurnalında redaktor vəzifəsində çalışır və bir sıra jurnalın redaksiya heyətində fəaliyyət göstərir.
Dr. Ringdahl-ın tədqiqat sahələri intellektual və inkişaf ləngiməsi olan şəxslərin ağır çətin davranışının funksional təhlili və müalicəsi, stimulların qiymətləndirilməsi, funksional ünsiyyət təlimi, davranış impuls nəzəriyyəsi və davranış iqtisadiyyatı sahəsində tərcümə tədqiqatlarını əhatə edir. Dr. Ringdahl çoxsaylı resenziyalı məqalələr dərc etdirib, davranış təhlili üzrə iki dərsliyin həmredaktorudur. O, 25 ilə yaxındır Milli Sağlamlıq İnstitutunun (ABŞ) maliyyələşdirdiyi araşdırmalarda tədqiqatçı kimi fəaliyyət göstərir. Klinik işində Dr. Ringdahl xəstəxana və universitet klinikalarında, dövlət müəssisələrində, ictimai obyektlərdə, məktəblərdə və şəxsi evlərdə işləyib. Əmək fəaliyyəti dövründə o, 2 yaşdan 90 yaşa qədər olan insanlarla işləyib.