Dr. İkram Rüstəmov

Personal Information

Skill

Dr. İkram Rüstəmov 1997-ci ildə Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsinə daxil olub. 2003-cü eyni fakültənin Uşaq Psixiatriyası kafedrasında elmi-praktiki fəaliyyətə başlayıb. Orada çalışdığı müddət ərzində Psixiatriya və Uşaq Nevrologiyası kafedralarında da 5 il müddətində fəaliyyət göstərərək professional dərəcəyə yüksəlib. 2009-cu ildə “Uşaqlıq depressiyasında vizual diqqət pozulmaları” mövzusunda dissertasiya işini müdafiə edərək uzmanlıq alıb.

2010-cu ildə Azərbaycandakı Mərkəzi Klinik Xəstəxanada, 2011-2013 illərdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həkim-psixiatr kimi, 2014-cü ildə isə Harvard Universitetinin Boston Uşaq Xəstəxanasında 6 ay müddətində tədqiqatçı kimi çalışıb. 2012-ci ildən Azərbaycan Tibb Universiteti Psixiatriya kafedrasının müəllimidir. Dr. İkram Rüstəmov 2018-ci ildən fəaliyyət göstərən Nefes Psixi Sağlamlıq Akademiyasının təsisçisidir.