Dr. Belva C. Collins

Personal Information

Skill

Dr. Belva C. Collins ali təhsildə 30 illik karyerasına başlamazdan əvvəl əlayət bölgələrin birində xüsusi təhsili müəllimi kimi fəaliyyət göstərib. O, həm Şimali Karolina Universiteti – Şarlottada, həm də Kentukki Universitetlərində Professor Emeritus və keçmiş şöbə müdiridir. O, inklüziv təhsildə ciddi dəstəyə ehtiyacı olan şagirdlərin təhsili və xüsusi təhsildə kadr hazırlığı üzrə ixtisaslaşıb. 100-dən çox tədqiqat nəşri və kitab müəllifi olmaqla yanaşı, o, sistemli təlim, xüsusi təhsil müəlliminin lideyliyi və xüsusi təhsildə distant təhsil haqqında məqalələrin müəllifidir.

Karyerası ərzində o, Fərqli Uşaqlarla İş üzrə Şuranın Müəllim Hazırlığı Bölməsindən İlin Müəllimi mükafatı, Əyalətlərdə Xüsusi Təhsil üzrə Amerika Şurasının (ACRES) əyalətlərdə xidmətinə görə “Eagle” mükafatı və Xüsusi Təhsil Texnologiyası Jurnalının görkəmli tədqiqat işi üzrə mükafata layiq görülüb. Dr. Collins ACRES-in Xüsusi Təhsil üzrə Ali Təhsil Konsorsiumunun icraçı heyətininin fəal üzvü olub və qurumda Əyalət Xüsusi Təhsil xidmətinin sədri və icraçı redaktoru kimi işləyib. 2018-ci ildə Virciniya ştatının Riçmond şəhərində təqaüdə çıxdıqdan sonra o, Şimali Arizona Universitetində yardımçı təlimatçı və doktorluq tədqiqat mentoru, həmçinin bir neçə federal qrant layihələrində məsləhətçi kimi fəaliyyət göstərib.