Dag Strömberg

Personal Information

Skill

Dag Strömberg lisenziyalı loqoped və sertifikatlaşdırılmış davranış analistidir (BCBA). O, Stokholm Universitetinin Xüsusi Təhsil Departamentdən xüsusi təhsil üzrə magistr və doktorantura dərəcələri əldə edib. O, Karolinska İnstitutunda (KIND) Neyroinkişaf Pozuntuları Mərkəzində tətbiqi davranış analisti, autizm kursları üzrə mühazirəçi və kurs koordinatoru, həmçinin Davranış Analizi üzrə İsveç Assosiasiyasının prezidentidir. 25 ildən artıqdır ki, o, autizmli şəxslər üçün xidmətlər sahəsində çalışıb, uşaqlara və valideynlərlə işləyir, məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə və reabilitasiya mərkəzlərində işçilərə mentorluq edib və ixtisasartırma təlimi keçib.
Dag həmçinin, əsasən Fransa, Rusiya və Hindistanda müxtəlif beynəlxalq layihələrdə iştirak edir. O, 2020 və 2022-ci illərdə İsveçdə nəşr olunmuş autizmli uşaqların valideynləri üçün iki antologiyada üç kitab fəslinin müəllifidir. Onun maraqlandığı sahələrdən bəziləri autizmli fərdlərdə sosiallaşmağı, yuxunu, ünsiyyəti inkişaf etdirmək üçün davranış strategiyalarını tətbiq etmək, həmçinin valideyn və mütəxəssislərə peşəkar təlimlərdir.