Konfrans həkimlər üçün akkreditasiya olunub!

“Birgə və Sağlam” İctimai Birliyi

Tarixlər

– Son qeydiyyat: 7 aprel 2025-ci il
– Erkən qeydiyyatın tarix: 8 aprel 2025
– Konfransöncəsi seminarlar: 23 aprel 2025
– Konfrans: 24-25 aprel 2025
– Posterlərin qəbulu üçün son tarix: 1 mart 2025

Dəyərli dostlar!

Sizi məmnuniyyətlə “Birgə və Sağlam” İctimai Birliyinin təşkil etdiyi “Beynəlxalq Autizm Konfransı”na dəvət edirik. Konfrans 23-25 aprel 2025-ci il tarixlərdə Bakı şəhərində keçiriləcək. Konfrasın “Autizm: Tədqiqatdan Təcrübəyə” mövzusu altında keçiriləcək. Konfransda yerli və xaricdən gələn mötəbər tədqiqatçılar məzmunlu təqdimatlarla çıxış edəcək və praktik təlimlər keçəcək. Bundan başqa konfransda poster təqdimatları da olacaq. Poster təqdimat sessiyasında tədqiqatçıların və sahə üzrə çalışan mütəxəssislər öz araşdırma və təcrübələrindən irəli gələn yeni məlumatlar paylaşacaqlar. İnanırıq ki, konfrans autizm və digər neyrodivergent şəxslərlə çalışan mütəxəssislər, valideynlər və ictimaiyyət nümayəndələri arasında geniş fikir və təcrübə mübadiləsi, həmçinin əməkdaşlıq üçün imkanlar yaradacaq. Bu imkanlardan faydalana bilmək üçün konfransa əlaqədar sahədə çalışan mütəxəssislər – təhsil, tibb və sosial işçilər, valideynlər, hətta potensial işəgötürənlər də dəvət olunurlar. Sizi konfrasnda görməkdən çox məmun olardıq! Hörmətlə,
10 İL

10 İL

Aytən Eynalova

Konfransın Sədri

Azərbaycan

AZƏRBAYCAN VƏ BAKI HAQQINDA

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. İnsanlığın ilk çağlarında Azərbaycanda insan məskənləri olmuşdur. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi və dialektikasında Azərbaycanın öz yeri, öz payı vardır.

Bizimlə əlaqə

    Xidmətinizdəyik

    Bütün suallarınızı məmnuniyyətlə cavablandırarıq

    Media

    Welcome to our site

    This is Subtitle

    Homepage 1